29 aprel 2026. Çərşənbə

“Bu, ədalətli qərardır”


  • Formula-1
  • 23:37 28.04.2026
  • Oxunma sayı: 34
“Bu, ədalətli qərardır”

“Red Bull” komandasının rəhbəri Loran Mekis yarış mühəndisi Cianpiero Lambiasenin “Maklaren”ə keçidi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "The Race" funksionerin dediklərini belə çatdırıb.

“Cianpiero üçün çox sevinirəm. Onun qarşısında möhtəşəm bir imkan yaranıb. O, bizimlə artıq 10 ildir çalışır və daha 2 il də bizimlə qalacaq — bu, ədalətlidir. Lakin ümumi mənzərəyə baxsaq, bizim komandamız daim yeni istedadlar yetişdirir. 2000 əməkdaşımız var və biz vəziyyətə bu prizmadan yanaşırıq.

Biz hesab edirik ki, ən yaxşı mütəxəssislər bizdə çalışır. Buna görə də, bəli, istedadlı bir əməkdaşımızı itirdiyimizi qəbul etsək də, hər kəsin bizdə işləməyi arzulayacağı ən yaxşı iş şəraitini yaratmaq üçün əlimizdən gələni edirik”, — deyə Mekis bildirib.







Formula-1

“Bu, ədalətli qərardır”
  • Formula-1
  • 23:37 28.04.2026
“Bu, ədalətli qərardır”