- Formula-1
- 23:59 28.04.2026
"Formula 1" üzrə açıq təkərli seriyalar üzrə FİA-nın texniki direktoru Nikolas Tombazis ADUO göstəricisinin necə hesablanacağını izah edib. Bu göstərici əsasında daha zəif performans göstərən mühərrik istehsalçılarına inkişaf üçün müəyyən güzəştlər verilə bilər.
90deqiqe.Az xəbər verir ki, FİA mühərrikləri maksimal gücə görə deyil, onların dövrənin əsas hissələrində, yəni vaxtın ən çox itirildiyi və ya qazanıldığı yerlərdə necə effektiv işləməsinə əsasən qiymətləndirəcək. Bildirilir ki, komandaların qəsdən gücdən imtina etməsi belə yekun reytinqə təsir göstərməyəcək.
“Biz hər mərhələdə hər mühərrik istehsalçısının ən yaxşı avtomobilini götürürük, çox sayda dövrə üzrə məlumatları toplayırıq və orta göstərici çıxarırıq. Buna görə də kifayət qədər sağlam statistik yanaşmamız var və bunu komandalarla müzakirə edib razılaşdırmışıq. Üstəlik, bu il əvvəlkilərlə müqayisədə daha inkişaf etmiş sensorlarımız var, ona görə də ölçmələrin kifayət qədər dəqiq olacağına inanırıq.
Biz hələ də vəziyyəti dəyərləndiririk. ADUO üzrə ilk nəticələrə ən azı bir ay var, bu müddətə qədər isə Mayami və Kanada yarışları da keçiriləcək.
Təxminən bir il əvvəl istehsalçılara daha mürəkkəb sistem təklif etmişdik. Orada turbina ölçüsü, təzyiq və temperatur kimi əlavə faktorlar da nəzərə alınırdı. Lakin onlar bu amillərin çıxarılmasını qəti şəkildə tələb etdilər”, – deyə Tombazis bildirib.