- Formula-1
- 23:45 29.04.2026
Formula 1-in korporativ əlaqələr üzrə baş mütəxəssisi Liam Parker 2026-cı mövsümdə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, "RacingNews365" Parkerin dediklərini belə çatdırıb.
Parker bildirib ki, vəziyyət çox dəyişkən və dinamikdir: “Hər kəs televizora baxır, hər gün xəbərləri görür. Heç kim sabah nə olacağını bilmir, sentyabr və ya oktyabr haqqında danışmaq isə daha çətindir”
Qeyd edək ki, Yaxın Şərqdəki hərbi münaqişə fonunda yazda bu mərhələlərin ləğvi gündəmə gəlmişdi.
Hazırda 2026-cı il mövsümündə planlaşdırılan beş mərhələdən yalnız üçü keçirilib — Avstraliya, Çin və Yaponiya Qran-priləri. Növbəti yarış isə 1–3 may tarixlərində ABŞ-də keçiriləcək Mayami Qran-prisi olacaq.