1 may 2026. Cümə

“Ferrari” Mayami Qran-Prisi üçün yeniliklər hazırlayıb"


  • Formula-1
  • 23:24 30.04.2026
  • Oxunma sayı: 43
“Ferrari” Mayami Qran-Prisi üçün yeniliklər hazırlayıb"

“Ferrari” komandasının rəhbəri Frederik Vassör mövsümün gedişi və Mayami mərhələsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, Vassör uzun fasilədən sonra yenidən yarış həftəsonuna qayıtmağın komanda üçün vacib olduğunu bildirib.

“Çox uzun fasilədən sonra mövsümün ortasında yenidən traslara qayıtdığımız üçün məmnunuq. Bu, adi hal deyil.

Son həftələrdə Maranelloda intensiv işlədik, ilk yarışların bütün məlumatlarını təhlil etdik ki, bu mərhələyə maksimum hazırlıqlı çıxaq. Mayami mərhələsi üçün aerodinamik yeniliklərimiz var, lakin digər komandalar da inkişafı dayandırmayıb. Ona görə diqqəti qorumaq, konsentrasiyanı itirməmək və yeganə sərbəst məşq sessiyasından maksimum istifadə etmək vacibdir”, – deyə o bildirib.

Qeyd edək ki, Mayami Qran-Prisi sprint həftəsonu formatında keçiriləcək. Yeganə sərbəst məşq sessiyası Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.







Formula-1

“Bu, ədalətli qərardır”
  • Formula-1
  • 23:37 28.04.2026
“Bu, ədalətli qərardır”