- Formula-1
- 21:47 04.05.2026
Britaniyanın “Maklaren Reysinq” şirkəti rəsmi olaraq "MCL-HY" hiperkarını təqdim edib.
90deqiqe.Az xəbər verir ki, bu model ilə zavod komandası 2027-ci ildən dözümlülük üzrə dünya çempionatında (WEC) – o cümlədən “Le-Man 24 saat” yarışında iştirak edəcək.
Bu model əsasında seçilmiş müştərilər üçün "MCL-HY GTR" adlı trek versiyası da hazırlanıb.
Sınaqlara may ayında başlanacaq. "MCL-HY" təxminən 707 at gücünə malik hibrid mühərriklə təchiz olunub. GTR versiyası isə 2,9 litrlik turbomühərrikə sahibdir və 730 at gücü istehsal edir (hibrid sistemsiz).
Müştəri avtomobillərinin tədarükünə 2027-ci ilin sonunda start veriləcək.
“Artıq Formula 1, İndyKar və WEC üçün üç maşın hazırlamışıq. Bu, ‘Maklaren’ə Üçlü Tac uğrunda mübarizə aparmaq imkanı verəcək – Monako Qran-Prisi, ‘İndy-500’ və ‘Le-Man 24 saat’ yarışlarında qələbələr”, – deyə “Maklaren Reysinq”in icraçı direktoru Zak Braun şirkətin rəsmi saytına bildirib.