5 may 2026. Çərşənbə axşamı

“Onun qayıdacağına inanıram”


  • Formula-1
  • 23:21 04.05.2026
  • Oxunma sayı: 42
“Onun qayıdacağına inanıram”

FIA-nın prezidenti Məhəmməd ben Sulayem “Red Bull”un keçmiş rəhbəri Kristian Hornerin gələcəyi barədə danışıb.

90deqiqe.Az-ın “RacingNews365"ə istinadən məlumatına görə, o bildirib ki, Hornerin avtoidman və Formula 1 tarixindən silinməsi mümkün deyil:

“Onun adını Formula 1 və avtoidmandan kim silə bilər? Heç kim. O, həmişə uğurlu olub. Amma bildiyimiz kimi, uğurun düşmənləri də olur. Mənə qalsa, bu idmanda onun çatışmazlığını hiss edirik, şəxsən mən də.”

Ben Sulayem Hornerlə əlaqə saxladıqlarını da vurğulayıb: “O, komanda üçün də, idman üçün də faydalı idi. Biz onu məmnuniyyətlə geri qəbul edərdik. Belə insanlar həmişə öz yolunu tapır. Ona deyirəm ki, çox danışır, amma pis niyyəti yoxdur. Ürəyi təmizdir və qayıtmaq istəyir.”

FIA rəhbəri sonda əlavə edib ki, Hornerin geri dönüşünə inanır: “Biz mütəmadi danışırıq və düşünürəm ki, o qayıdacaq. O zaman elə bil olacaq ki, sadəcə istirahətə gedib qayıdıb.”

 







Formula-1

“Onun qayıdacağına inanıram”
  • Formula-1
  • 23:21 04.05.2026
“Onun qayıdacağına inanıram”