6 may 2026. Çərşənbə

Keti Perri Bakıdakı “Formula 1” yarışında səhnə alacaq


Keti Perri Bakıdakı “Formula 1” yarışında səhnə alacaq

Dünya şöhrətli müğənni Keti Perri 2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində Bakıda səhnə alacaq.

90deqiqe.Az xəbər verir ki, yarış bu il 10 illik yubileyini qeyd edəcək və təşkilatçılar proqramın əvvəlki illərlə müqayisədə daha möhtəşəm və fərqli olacağını bildirirlər. Yubiley tədbirlərinin əsas məqamlarından biri məhz məşhur ifaçının paytaxtda konsert proqramı ilə çıxışı olacaq.

Məlumata görə, Keti Perri sentyabrın 25-də təşkil olunacaq xüsusi gecədə azarkeşlərə unudulmaz şou təqdim edəcək.

Bundan əvvəl açıqlanmış məlumata əsasən, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.







Formula-1

“Onun qayıdacağına inanıram”
  • Formula-1
  • 23:21 04.05.2026
“Onun qayıdacağına inanıram”