8 may 2026. Cümə

“Aston Martin” yay fasiləsinə qədər yenilik tətbiq etməyəcək"


  • Formula-1
  • 23:55 07.05.2026
  • Oxunma sayı: 30
“Aston Martin” yay fasiləsinə qədər yenilik tətbiq etməyəcək"

“Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso Mayami Qran-prisindən sonra “Aston Martin” komandası ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı pilot bildirib ki, komanda ən azı yay fasiləsinə qədər aerodinamika sahəsində heç bir yenilik tətbiq etməyəcək.

“Yayın sonuna qədər aerodinamika ilə bağlı yeniliklərimiz olmayacaq. Buna görə də komandanın bütün üzvlərinin məyusluğu ilə barışmalı oluruq. Kanada və ya Avstriyada da eyni vəziyyət bizi gözləyir. Hər həftəsonu mətbuat qarşısına çıxaraq eyni sözləri təkrarlamalı olacağıq”, – deyə Alonso vurğulayıb.

Qeyd edək ki, Mayami Qran-prisində “Aston Martin”in hər iki bolidi bu mövsüm ilk dəfə finiş xəttini keçə bilib. Fernando Alonso yarışı 15-ci pillədə başa vurub.

Onun komanda yoldaşı Lance Stroll isə 17-ci yeri tutaraq “Kadillak” pilotu Valtteri Bottası geridə qoyub.







Formula-1

“Onun qayıdacağına inanıram”
  • Formula-1
  • 23:21 04.05.2026
“Onun qayıdacağına inanıram”