14 may 2026. Cümə axşamı

Rassel "Nürburqrinq Şimal döngəsi" rekord qırmaq arzusunu açıqladı


  • Formula-1
  • 22:41 13.05.2026
  • Oxunma sayı: 17
Rassel "Nürburqrinq Şimal döngəsi" rekord qırmaq arzusunu açıqladı

“Mercedes” komandasının pilotu Corc Rassel “Nürburqrinq Şimal döngəsi” trasında çıxış etməyi düşündüyünü və burada mütləq dövrə rekordunu qırmaq istədiyini bildirib.

 90deqiqe.Az xəbər verir ki, o, “Nürburqrinq Şimal döngəsi”ni izlədiyini və bir gün mütləq bu trasda yarışmaq istədiyini deyib:

“Bu trasda çıxış etməyi çox istəyirəm, buna şübhə yoxdur. Burada əvvəllər də sürmüşəm. Simulyatorda yüzlərlə dövrə vurmuşam, ona görə də bunun nə vaxt baş verəcəyini bilmirəm.

Bir dəfə hətta Toto ilə danışıb oraya Formula 1 bolidini apararaq mütləq dövrə rekordunu qırmağı müzakirə etmişdim. Amma hazırda əsas fokusum dünya çempionluğunu qazanmaqdır. Ümid edirəm ki, dörd çempionluqdan sonra mövsümün gedişində belə Nürburqrinqdə yarışa biləcəyəm”, – deyə Rassel qeyd edib.

Qeyd edək ki, “Nürburqrinq Şimal döngəsi” trasının mütləq rekorduna 2018-ci ildən bəri Timo Bernhard sahibdir. O, xüsusi hazırlanmış yarış avtomobili ilə dövrəni 5 dəqiqə 19,546 saniyəyə tamamlayıb.







Formula-1