- Formula-1
- 23:32 13.05.2026
"Red Bull"un keçmiş məsləhətçisi Helmut Marko dördqat Formula 1 dünya çempionu Maks Verstappenin mümkün gedişi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "F1oversteer" pilotçunun dediklərini belə çatdırıb.
“Ferstappenin gedişi, şübhəsiz ki, böyük itki olardı, amma idman belədir. Kimlərsə gedəndə, onların yerinə yeni ulduzlar yaranır. Lakin məsələ təkcə Maksın bunu bəyənib-bəyənməməsi deyil. Söhbət ümumilikdə yarışlardan gedir”
Ferstappen dəfələrlə Formula 1 üzrə mövcud qaydaları tənqid edib və gələcəkdə digər yarış seriyalarına keçidi nəzərdən keçirə biləcəyini istisna etməyib.
Hollandiyalı pilot bu həftəsonu, 14–17 may tarixlərində “Nürburqrinq 24 saat” dözümlülük yarışında Verstappen Yarış Komandası tərkibində çıxış edəcək.