- Formula-1
- 22:24 14.05.2026
“Maklaren” Uokinqdə yerləşən Texnologiya Mərkəzinin ərazisində yeni sınaq stendinin tikintisi üçün icazə alıb.
90deqiqe.Az-ın "The Race"yə istinadən məlumatına görə, yeni obyektin sahəsi 143 kvadratmetr olacaq və kampusun cənub-şərq hissəsində mövcud örtüyün altında yerləşdiriləcək. Layihəni hazırlayan memarlar bildiriblər ki, yeni stend “Maklaren” qrupunun gələcək uğurlarının və fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün vacibdir.
Hazırda Texnologiya Mərkəzinin mövcud imkanlarının tam dolduğu qeyd olunub.
Komandanın rəhbəri Andrea Stella bildirib ki, bu cür yanaşma Formula-1-də geniş yayılıb:
“Bu üsul avtomobilin əsas sistemlərini ayrıca sürətlər qutusu stendləri ilə müqayisədə daha dərindən yoxlamağa imkan verir”, – deyə o vurğulayıb.
Yeni stendin istifadəyə verilməsi “Maklaren”ə xarici tərəfdaşlardan asılı olmadan bütün sınaqları öz bazasında keçirməyə şərait yaradacaq. Tikintinin qarşıdakı üç il ərzində başlaması planlaşdırılır.
Xatırladaq ki, bu ilin əvvəlində “Maklaren” mövsümöncəsi Barselona sınaqlarından əvvəl MCL40 bolidini Avstriyada yerləşən xüsusi sınaq mərkəzinə göndərmişdi.