- Formula-1
- 22:53 23.05.2026
“Mercedes” pilotu Andrea Kimi Antonelli Formula 1 Kanada Qran Prisinin sprint yarışında üçüncü yeri şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.
“Düzünü desəm, mübarizə çox çətin keçdi. Temp baxımından hamımız bir-birimizə çox yaxın idik. Asan olmadı. Öz manevrimi etməyə çalışdım, amma həmin epizodu yenidən izləməliyəm, çünki artıq onunla yan-yana idim, lakin trasdan kənara çıxarıldım. Elə oldu, necə oldu.
Daha sonra 8-ci döngədə səhv etdim — kələ-kötür hissədə avtomobil çox sıçradı, təkərləri kilidlədim və bundan sonra yarışım çətinləşdi. Amma ümumilikdə yaxşı mübarizə oldu”
Qeyd edək ki, italiyalı sürücü yarışa ikinci mövqedən start götürsə də, komanda yoldaşı Corc Rasselllə sərt mübarizədən və daha sonra buraxdığı səhvdən sonra üçüncü pilləyə geriləyib.