- Formula-1
- 22:45 24.05.2026
Bu gün Monrealdakı Jil Vilnöv adına Beynəlxalq avtodromda Formula 2 üzrə Kanada Qran-prisinin əsas yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, yarışda birinci yeri Norveçli pilot Martinus Stenshorne (Rodin Motorsport) tutub. İkinci yeri onun komanda yoldaşı, irlandiyalı Aleks Dann (Rodin Motorsport) əldə edib. İlk üçlüyü italiyalı Qabriyele Mini (MP Motorsport) tamamlayıb.
Amerikalı pilot Kolton Herta yarışın 8-ci pilləsində finişə çatıb. Qeyd edək ki, Noel Leon və Yosua Dürksenə verilən cərimələr nəticəsində Herta mövqesini yüksəldib. Yarışa qatılan 22 pilotdan yalnız 14-ü finiş görüb.
Formula 2. Kanada. Əsas yarış: