- Formula-1
- 23:47 25.05.2026
Yeddiqat dünya çempionu, “Ferrari” pilotu Luis Həmilton dördqat dünya çempionu və “Red Bull” sürücüsü Maks Verstappenlə mübarizəsi barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, o, yarışın sonlarında rəqibini ötərək finişə daha öndə çatıb.
“Bu, möhtəşəm idi – ən böyük pilotlardan biri ilə mübarizə aparmaq. Eyni zamanda olduqca çətin. Düşünürəm ki, maşınlarımız nisbətən bərabər idi. Təsnifat mərhələsində də bunu gördünüz: çox yaxın idik. Döngələrdə bəlkə biz bir az daha sürətli idik, amma orada qazandığımızı onlar düzlüklərdə geri alırdılar. Onun arxasında yaxın məsafədə getmək çox çətindir.
Yarışın əvvəlində o, daha sürətli idi, mən isə müəyyən vaxt itirdim, amma ‘orta’ təkərlərə keçdikdən sonra onu yaxalaya bildim. Mən belə təqibləri sevirəm. Uşaqlıqdan bəri bütün həyatım bununla bağlı olub – kartinqdən bəri həmişə kimisə izləyirdim. Yenidən belə vəziyyətdə olmaq inanılmaz idi – qarşıda çempionu təqib etmək. Eyni zamanda ətrafda daha güclü maşınlar olduqda bu çox çətindir.
Ötmə zamanı belə bilirsən ki, düzlüklərdə onlar yenə də daha güclüdür. Ona görə hər şeyi hesablamalı idim: batareya enerjisini necə maksimum istifadə etmək, hansı anda kifayət edəcəyini dəqiq müəyyənləşdirmək lazım idi. Şükürlər olsun ki, alındı. Ötmə anı isə möhtəşəm hissdir. Bu maşınlarla sürmək həqiqətən fantastikdir”, – deyə Həmilton bildirib.