26 may 2026. Çərşənbə axşamı

“Bu qurğular möhtəşəm mübarizələr yaradır”


  • Formula-1
  • 23:47 25.05.2026
  • Oxunma sayı: 34
“Bu qurğular möhtəşəm mübarizələr yaradır”

“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell Formula 1-də mövcud güc qurğularının dəyişdirilməsi ilə bağlı müzakirələrə münasibət bildirib və bu texnologiyanın yarışları daha maraqlı etdiyini vurğulayıb.

90deqiqe.Az xəbər verir ki, "The Race" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.

“Bu, mənə çox xoş gəldi. Düşünürəm ki, bu, möhtəşəm idi. Uzun illərdir belə mübarizə görməmişdim. Bəlkə də son belə yarış 2014-cü ildə Bəhreyndə Luis Həmilton və Niko Rosberq arasında olub. Bu yeni mühərriklər isə belə döyüşləri mümkün edir. Niyə kiminsə bunları dəyişmək istədiyini anlamıram, çünki Melburnda, Çində, həmçinin Kimi ilə bu gün və dünən çox yaxşı mübarizələr oldu və bu, məhz bu güc qurğuları sayəsində mümkündür”, – deyə Rassell bildirib.

Qeyd edək ki, Formula 1 Kanada Qran-prisinin nəticələrinə əsasən, yarışın qalibi Andrea Kimi Antonelli komanda yoldaşı Corc Rasselllə ümumi sıralamada fərqi artıraraq üstünlüyünü 43 xala çatdırıb.

Yarış zamanı Rassell bir müddət liderlik etsə də, Antonelli ilə birincilik uğrunda mübarizəni davam etdirib. Lakin komanda yoldaşının yarışı dayandırmasından sonra Antonelli qələbəni inamlı şəkildə qazanıb.







Formula-1