27 may 2026. Çərşənbə

“Audi” "Formula 1"in gələcəyində həlledici rol oynaya bilər


  • Formula-1
  • 23:57 26.05.2026
  • Oxunma sayı: 37
“Audi” "Formula 1"in gələcəyində həlledici rol oynaya bilər

“Audi” komandası 2027-ci il üçün Formula 1 mühərrik reqlamentində planlaşdırılan və daxili yanma mühərriki ilə elektrik hissəsinin nisbətinin 60:40 səviyyəsində dəyişdirilməsini nəzərdə tutan mübahisəli dəyişikliklərin müzakirəsində həlledici rol oynaya bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Race” nəşri məlumat yayıb.

Bildirilir ki, Maks Ferstappenin karyerasının gələcəyi də məhz “Audi”nin qərarından asılı ola bilər. Niderlandlı pilotun reqlament dəyişməz qalarsa, Formula 1-dən ayrılma ehtimalını nəzərdən keçirdiyi iddia olunur.

Dəyişikliyin təsdiqlənməsi üçün super çoxluq – altı istehsalçıdan ən azı dördünün dəstəyi tələb olunur. Hazırda təşəbbüsü “Mercedes” və “Red Bull” dəstəkləyir. “Audi”, “Ferrari” və “Cadillac” isə əleyhinə çıxır, “Honda” isə hələ qəti mövqe bildirməyib.

Mənbəyə görə, “Audi” hazırda mümkün kompromisin əsas açar tərəfi hesab olunur, çünki bu istehsalçının mövqeyini dəyişməsi daha real görünür. Şirkətin əsas narahatlığı əlavə xərclərlə bağlıdır.

FİA və Formula 1 rəhbərliyi isə büdcə limiti çərçivəsində həll yolları və ya mühərriklərin tam yenidən hazırlanmasının qarşısını alan texniki dəyişikliklər təklif etməklə “Audi”ni razı salmağa çalışır.

Əgər “Audi” razılaşdırılsa, “Honda”nın da dəyişiklik tərəfdarlarına qoşulacağı və bununla da lazımi super çoxluğun təmin olunacağı gözlənilir.

Eyni zamanda bildirilir ki, FİA və F1 rəhbərliyi yalnız müvəqqəti, bir mövsümlük kompromis istəmir. Məqsəd cari reqlament dövrü boyunca, ən azı 2031-ci ilə qədər qüvvədə qalacaq vahid qərarın qəbul edilməsidir.







Formula-1