30 may 2026. Şənbə

FIA Monako Qran-prisində yeni enerji məhdudiyyəti tətbiq edəcək


  • Formula-1
  • 22:49 29.05.2026
  • Oxunma sayı: 23
FIA Monako Qran-prisində yeni enerji məhdudiyyəti tətbiq edəcək

Beynəlxalq Avtomobil Federasiyası Monako Qran-prisində bolidlərin maksimal sürətini azaltmaq üçün enerji istifadəsinə xüsusi məhdudiyyətlər tətbiq edəcək.

90deqiqe.Az-ın “The Race"ə istinadən məlumatına görə, Monte-Karloda komandalar mühərrikin xüsusi “Rev 1” rejimindən istifadə etməyə məcbur ediləcək.

Adi rejimdə MGU-K sisteminin güc məhdudiyyəti 290 km/saatdan sonra başladığı halda, Monakoda bu göstərici 200 km/saatdan etibarən qüvvəyə minəcək. 300 km/saat həddinə çatdıqda isə bolidlərə əlavə elektrik gücündən tam istifadəyə qadağa qoyulacaq.

Bu qərar təhlükəsizlik səbəbləri ilə bağlıdır. Federasiya dar şəhər trasında yüksək sürətlərin yaratdığı risklərdən ehtiyat edir.

Bununla belə, “ötmə rejimi” saxlanılacaq. Bu rejim aktiv edildikdə pilotlar 310 km/saatadək müəyyən qədər əlavə gücdən istifadə edə biləcəklər.

Pilotlar hesab edirlər ki, yeni nəsil bolidlər üçün Monako trası xüsusilə uyğun ola bilər. “Haas” komandasının pilotu Oliver Berman burada “lazımsız lift-end-kost” yanaşmasına ehtiyac qalmayacağını və bolidin daha təbii idarə olunacağını bildirib.

“Ferrari” pilotu Şarl Lekler də oxşar fikirlə çıxış edərək, Monakonun xüsusiyyətlərinin enerji bərpasını yaxşılaşdıracağını və idarəetməni daha intuitiv edəcəyini qeyd edib.







Formula-1