30 may 2026. Şənbə

“Əvvəlcə bunun zarafat olduğunu düşündüm”


  • Formula-1
  • 22:53 29.05.2026
  • Oxunma sayı: 43
“Əvvəlcə bunun zarafat olduğunu düşündüm”

Mixael Şumaxerin 2013-cü il dekabrın 29-da Fransız Alp dağlarında xizək sürərkən ağır qəzaya düşməsindən sonra onu xəstəxanaya aparan xilasetmə helikopterinin pilotu Yannik Deynəz həmin günün təfərrüatlarını bölüşüb.

90deqiqe.Az-ın “L’Équipe”yə istinadən məlumatına görə, pilotun sözlərinə görə, hadisə anında vəziyyətin ciddiliyi ilk dəqiqələrdə tam aydın olmayıb.

“Xilasedici helikopterə həkimlə birlikdə daxil olub dedi: ‘Biz Şumaxerin yanına uçuruq!’ Əvvəlcə bunun zarafat olduğunu düşündüm. Lakin komandir mikrofonların və kameraların söndürülməsini əmr edəndə və jurnalistlərin uçuşdan kənarlaşdırıldığını görəndə, bunun ciddi olduğunu anladım”

Deynəz əlavə edib ki, uçuş zamanı psixoloji təzyiq hiss olunsa da, o, Şumaxeri sadəcə ağır yaralanmış bir pasiyent kimi qəbul edib:

“Onu vakuumlu döşəkdə sabitlədikdən sonra helikopterə yerləşdirdik və Qrenobl xəstəxanasına uçduq. Təxminən 25 dəqiqəlik uçuş tam sükut içində keçdi və xəsarətlərin ağırlığını o an tam anlamırdıq.”

Pilotun sözlərinə görə, sonradan xəstəxana ətrafında gördükləri onu şoka salıb:

“Bir neçə gün sonra yenidən həmin əraziyə qayıdanda hər tərəfdə avtobuslar, qırmızı bayraqlar və böyük izdiham vardı. Xəstəxananın ətrafı sanki Formula 1 trasına çevrilmişdi. Bu, inanılmaz idi”







Formula-1