30 may 2026. Şənbə

“Mercedes” “Alpin”lə bağlı danışıqları dayandırdı


  • Formula-1
  • 23:27 29.05.2026
  • Oxunma sayı: 33
“Mercedes” “Alpin”lə bağlı danışıqları dayandırdı

Almaniyanın “Mercedes” avtomobil şirkəti və komandanın rəhbəri Toto Volf “Alpin” komandasının azlıq payını almaqla bağlı danışıqları dayandırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb.

Bildirilir ki, “Otro Capital” investisiya qrupu öz payı üçün 720 milyon dollar tələb edib. Bu isə ümumilikdə “Alpin” komandasının dəyərini 3 milyard dollar səviyyəsində qiymətləndirir.

Məlumata əsasən, “Mercedes” isə “Alpin” üçün 2,2–2,4 milyard dollar aralığında ədalətli qiymət hesab edir. Bu qiymətləndirmə gəliri aşağı olan komandaların dəyərinin hesablanmasında istifadə olunan standart metodologiyaya əsaslanır.

Müqayisə üçün qeyd olunur ki, son sövdələşmələrdə “Mercedes”in dəyəri təxminən 6,2 milyard dollar, dünya çempionu “Maklaren”in dəyəri isə 4,7 milyard dollar səviyyəsində qiymətləndirilib.

Hər iki komanda qazanc baxımından “Alpin”dən daha üstün nəticələr göstərir. “Alpin” isə 2026 mövsümünün ilk beş yarışından sonra Konstruktorlar Kubokunda beşinci yerdə qərarlaşıb, 2025 mövsümünü isə sonuncu pillədə başa vurub.

Mənbə “Reno”dan "BBC"yə verilən açıqlamada danışıqların dayandırıldığını təsdiqləyib. “Mercedes” və Toto Volf isə məsələyə münasibət bildirməyiblər.







Formula-1