1 iyun 2026. Bazar ertəsi

“Aqressiv olmaq məcburiyyətindəyəm”


  • Formula-1
  • 23:27 31.05.2026
  • Oxunma sayı: 33
“Aqressiv olmaq məcburiyyətindəyəm”

“Mercedes” komandasının pilotu və çempionatın lideri Andrea Kimi Antonelli yarışlara aqressiv yanaşmasının səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, italiyalı pilot bu barədə "GPblog"a danışıb:

“Bu, sanki köpək balıqları ilə dolu hovuzda olmaq kimidir. Ya sən yeyirsən, ya da səni yeyirlər. Aqressiv olmaq lazımdır, amma düzgün ölçüdə. Kanadada mən aqressiv idim, bəlkə də bir az həddindən artıq.

Əgər belə vəziyyət yenə yaşansa, daha soyuqqanlı olmalıyıq. Amma hazırda düzgün olan aqressiv olmaqdır, çünki qələbələr uğrunda mübarizə aparıram.

Hələ çempionat barədə danışmaq tezdir, amma mən liderlər arasındayam. Belə imkanlar hər gün yaranmır, ona görə maksimum istifadə etmək istəyirəm”, – deyə Antonelli bildirib.

Qeyd edək ki, Antonelli şəxsi hesabda 131 xalla liderdir. Onun komanda yoldaşı Corc Rassell isə 43 xal geridə ikinci pillədə qərarlaşıb.







Formula-1