2 iyun 2026. Çərşənbə axşamı

"Ferrari" pilotunun uğurlu çıxışının sirri bəlli oldu


  • Formula-1
  • 23:14 01.06.2026
  • Oxunma sayı: 33
"Ferrari" pilotunun uğurlu çıxışının sirri bəlli oldu

"Mersedes" komandasının mühəndisləri "Ferrari" pilotu Lüis Həmiltonun Kanada Qran-prisində göstərdiyi uğurlu çıxışın səbəbini müəyyən ediblər.

90deqiqe.Az-ın “Auto Motor und Sport"a istinadən məlumatına görə, "Mersedes" mühəndisləri təkər disklərini əyləc sistemindən yaranan istilikdən istifadə etməklə təkərlərin daha sürətli qızdırılmasına imkan verəcək şəkildə hazırlayıblar. Kanada yarışında havanın temperaturunun təxminən 11 dərəcə olması bu üstünlüyün daha qabarıq görünməsinə səbəb olub.

Komandanın mühəndisləri bildiriblər ki, əldə olunan istilik təkərləri iş rejiminə gətirmək üçün kifayət edib. Bununla belə, Lüis Həmiltonun bolidində təkərlərin temperaturu bir qədər yüksək olub və bu, onun orta sərtlikdə olan təkərlərlə daha rəqabətqabiliyyətli çıxış etməsində özünü göstərib.

Qeyd olunur ki, Həmilton yarışın 62-ci dövrəsində məhz qızdırılması daha çətin olan orta sərtlikli təkərlərlə Maks Ferstappeni geridə qoyaraq ikinci pilləyə yüksəlib və yarışı bu mövqedə başa vurub.

Onun komanda yoldaşı Şarl Lekler isə britaniyalı pilotdan 30 saniyədən çox geri qalıb.







Formula-1