2 iyun 2026. Çərşənbə axşamı

"Hələ hər şey bitməyib, çempionluq uğrunda savaş davam edir"


  • Formula-1
  • 23:24 01.06.2026
  • Oxunma sayı: 29
"Hələ hər şey bitməyib, çempionluq uğrunda savaş davam edir"

"Maklaren" komandasının rəhbəri Andrea Stella mövsümün uğursuz başlanğıcına baxmayaraq, komandanın hələ də çempionluq uğrunda mübarizə aparmaq niyyətində olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis həm bolidin inkişafı, həm də güc qurğusunun imkanlarından daha səmərəli istifadə baxımından müsbət irəliləyişlərin olduğunu vurğulayıb.

"Boliddəki inkişaf və güc qurğusunun potensialından istifadə etməyi öyrənməyimiz baxımından ümidverici əlamətlər var.

Aydındır ki, hazırda çempionluq uğrunda mübarizə aparmaq hədəfini müəyyənləşdirərkən gözlədiyimiz nəticələri göstərə bilmirik. Bununla belə, müsbət məqamları da görməyə çalışırıq. Geridə cəmi beş yarış qalıb və qarşıda ən azı 22 mərhələ var. Şərqdə keçiriləcək ilk yarışdan etibarən fərqi azaltmağa çalışacağıq.

Artıq baş verənlər barədə çox düşünmürük. Məqsədimiz hər gün dərs çıxarmaq və növbəti yarışa mümkün qədər yaxşı hazırlaşmaqdır. Çempionluq uğrunda mübarizənin hələ bitmədiyinə qəti şəkildə inanırıq.

Bu mübarizənin bir hissəsi olmaq istəyirik və titulun taleyinin Əbu-Dabidə həll olunmasını arzulayırıq. Hesab edirəm ki, hazırda "Maklaren"də məhz belə bir qətiyyət var. Bunun reallaşması üçün əlimizdən gələni edəcəyik", - deyə Stella bildirib.

Qeyd edək ki, "Maklaren" mövsümün ilk yarışlarında gözlənilən nəticələri əldə edə bilməsə də, komanda çempionluq yarışında iddiasını davam etdirmək niyyətindədir.







Formula-1