3 iyun 2026. Çərşənbə

Edrian Nyui Monako Qran-prisində paddoka qayıda bilər


  • Formula-1
  • 23:17 02.06.2026
  • Oxunma sayı: 30
Edrian Nyui Monako Qran-prisində paddoka qayıda bilər

“Aston Martin” komandasının rəhbərlərindən olan məşhur konstruktor Edrian Nyui mövsümün Avstraliyadakı açılış mərhələsindən sonra Formula-1 yarışlarında görünməsə də, onun Monako mərhələsində yenidən paddoka qayıda biləcəyi bildirilir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

İlkin məlumatlarda Nyuinin yarışlardan uzaq qalmasının səbəbi kimi komandanın yeni güc qurğusu ilə bağlı fikir ayrılıqları göstərilsə də, daha sonra Britaniya mətbuatında 67 yaşlı mütəxəssisin səhhətində problemlərin yarandığı barədə xəbərlər yayılıb.

Məlumata görə, Nyui hətta bir müddət xəstəxanada müalicə alıb. “Aston Martin” rəhbərliyi isə yayılan iddiaları şərh etməkdən imtina edib və yalnız onun mövsümə uğursuz başlanğıcdan sonra komandanın bolidi üzərində işləməyə davam etdiyini bildirib.

Komandaya yaxın mənbələr mühəndisin həqiqətən də sağlamlıq problemləri yaşadığını təsdiqləsələr də, vəziyyətin ciddi xarakter daşımadığını vurğulayıblar.

Monako trası bu mövsüm “Aston Martin” üçün ən münasib yarış məkanlarından biri hesab olunur. Belə ki, trasın özünəməxsus xüsusiyyətləri mühərrik gücünün rolunu nisbətən azaldır. Komanda eyni zamanda güc qurğusunun etibarlılığı istiqamətində əldə olunan irəliləyişi də qiymətləndirməyə ümid edir.







Formula-1