3 iyun 2026. Çərşənbə

“Kadillak” və “Ferrari” 2027-ci il dəyişikliklərinə eyni yanaşma göstərir


  • Formula-1
  • 23:41 02.06.2026
  • Oxunma sayı: 31
“Kadillak” və “Ferrari” 2027-ci il dəyişikliklərinə eyni yanaşma göstərir

“Kadillak” Formula-1-də 2027-ci ildən qüvvəyə minəcək güc qurğuları ilə bağlı reqlament dəyişikliklərinin müzakirəsində “Ferrari”nin mövqeyini dəstəkləmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "GPblog" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ABŞ istehsalçısı hazırda müştərisi olduğu “Skuderiya” ilə eyni istiqamətdə səs verəcək.

Müzakirələr əsasən daxili yanma mühərriki ilə elektrik hissə arasında güc bölgüsünün dəyişdirilməsi ilə bağlıdır. Beynəlxalq Avtomobil Federasiyası, “Mersedes”, “Red Bull” və “Ford”un dəstəyi ilə “Honda” (ilkin olaraq) 2027-ci ildən etibarən nisbətin 60/40 formatına keçilməsini və dövrə ərzində batareyanın daimi enerji doldurulmasına ehtiyacın azaldılmasını təklif edir.

“Ferrari” və “Audi” isə dəyişikliklərin 2028-ci ilə təxirə salınmasını təklif edərək hazırlıq üçün əlavə vaxt istəyirlər. Bununla belə, hər iki istehsalçı reqlamentin dəyişdirilməsi ideyasına qarşı çıxmır.

Dəyişikliklərin təsdiqlənməsi üçün altı mühərrik istehsalçısından beşinin, eləcə də Beynəlxalq Avtomobil Federasiyası və “Formula One Management” təşkilatının razılığı tələb olunur.

Bu şəraitdə “Ferrari”nin mövqeyi həlledici rol oynayır, çünki gözləntilərə görə, “Kadillak” səsvermədə İtaliya komandasını izləyəcək.

Mənbələrin məlumatına əsasən, tərəflər son həftələrdə əksər istehsalçıları qane edə biləcək kompromis variant üzərində danışıqları davam etdirirlər.







Formula-1