5 iyun 2026. Cümə

Verstappen Monako Qran-prisinə dair tənqidlərə cavab verdi


  • Formula-1
  • 23:32 04.06.2026
  • Oxunma sayı: 38
Verstappen Monako Qran-prisinə dair tənqidlərə cavab verdi

Dördqat Formula 1 dünya çempionu və “Red Bull” komandasının pilotu Maks Verstappen Monako Qran-prisinin yarış hissəsinin sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Autosport” nəşri məlumat yayıb.

Verstappenin sözlərinə görə, Monako yarışı ilə bağlı narazılıqlar həmişə olub, lakin sosial şəbəkələrin yaranmasından sonra hər kəs öz fikrini daha açıq şəkildə paylaşır.

“Əvvəllər insanlar Monakodakı yarışdan şikayətlənirdilər, amma bunu yalnız evdə və ya yaxınları ilə bölüşürdülər. İndi isə telefon və ya kompüter vasitəsilə hər kəs bunu onlayn şəkildə ifadə edir”, - deyə o bildirib.

Qeyd edək ki, Monako Qran-prisi mövsümün altıncı mərhələsidir və 5–7 iyun tarixlərində keçiriləcək. Monako trası ötmələrin çətinliyi ilə tanınır və bu səbəbdən tez-tez azarkeşlərin tənqidinə məruz qalır. 2026-cı ildə yeni qaydalara uyğun olaraq daha kiçik bolidlərdən istifadə olunacaq ki, bu da bəzi pilotların fikrincə ötmələrin sayını artıra bilər.







Formula-1