6 iyun 2026. Şənbə

Həmilton Monakoda ilk məşqlərdən razı qaldı


  • Formula-1
  • 14:52 06.06.2026
  • Oxunma sayı: 27
Həmilton Monakoda ilk məşqlərdən razı qaldı

"Ferrari" komandasının pilotu, yeddiqat Formula 1 dünya çempionu Luis Həmilton Monako Qran-prisinin sərbəst yürüşlərindən sonra təəssüratlarını bölüşüb.

90deqiqe.Az-ın “RacingNews365"ə istinadən məlumatına görə, britaniyalı pilot ilk məşq sessiyasında ikinci, ikinci sessiyada isə ən yaxşı nəticəni göstərib.

"Ümumilikdə gün müsbət keçdi və bolid ilk dövrələrdən etibarən özünü kifayət qədər yaxşı göstərdi. Sessiyalar arasında etdiyimiz sazlama dəyişiklikləri öz nəticəsini verdi və proqramımızı ciddi problem olmadan yerinə yetirə bildik"

40 yaşlı pilot Monako trasının özünəməxsus çətinliklər yaratdığını da vurğulayıb.

"Monako həmişə fərqli sınaqdır. Buradakı kələ-kötür səth və baryerlərin yaxınlığı düzgün balans tapmağı çətinləşdirir. Boliddə hələ də inkişaf potensialı var. Axşam saatlarında xırda detallara fokuslandıq, çünki burada fərqlər çox kiçikdir və sıralama turu öncəsi görüləcək işlər kifayət qədərdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Monako Qran-prisinin sıralama turu Formula 1 mövsümünün ən vacib mərhələlərindən biri hesab olunur. Dar şəhər trasında ötmələrin çətin olması səbəbindən start mövqeyi yarışın nəticəsinə ciddi təsir göstərir







Formula-1

"Özümə inamım azalıb"
  • Formula-1
  • 15:16 06.06.2026
"Özümə inamım azalıb"