6 iyun 2026. Şənbə

Alonso Kanadadakı uğursuzluğun səbəbini açıqladı


  • Formula-1
  • 14:54 06.06.2026
  • Oxunma sayı: 40
Alonso Kanadadakı uğursuzluğun səbəbini açıqladı

"Aston Martin" komandasının pilotu, ikiqat Formula 1 dünya çempionu Fernando Alonso Kanada Qran-prisində yarışdan kənarda qalmasına səbəb olan oturacaq problemi ilə bağlı danışıb.

90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, ispaniyalı pilot komandası ilə birlikdə problemi aradan qaldırmaq üçün bir sıra dəyişikliklər etdiklərini bildirib.

"Avtomobildəki mövqeyimi dəyişmək üçün bir neçə görüş keçirdik. Çərşənbə axşamı bazaya gedərək oturacağın dörd fərqli variantını sınaqdan keçirdim. Mən sakitəm, çünki Kanadada özümü çox narahat hiss edirdim və ağrılarım var idi. İndi isə 2025-ci ildə istifadə etdiyimiz və yaxşı tanıdığımız bazaya qayıtmışıq"

43 yaşlı pilot oturacaqdakı cüzi fərqlərin belə ciddi təsir göstərə biləcəyini vurğulayıb.

"Oturacaqlar arasında həmişə kiçik fərqlər olur. Bir neçə millimetrlik dəyişiklik təzyiq nöqtələrini dəyişə və ya hansısa sinirə təsir göstərə bilər. Bu zaman hissiyatınızı itirməyə başlayırsınız. Lakin bu dəfə söhbət böyük dəyişiklikdən getmir", - deyə təcrübəli pilot əlavə edib.

Qeyd edək ki, Fernando Alonso Kanada Qran-prisində yaşadığı narahatlıq səbəbindən yarışı vaxtından əvvəl başa vurmaq məcburiyyətində qalmışdı.







Formula-1

"Özümə inamım azalıb"
  • Formula-1
  • 15:16 06.06.2026
"Özümə inamım azalıb"