6 iyun 2026. Şənbə

"Makklaren" Monako Qran-prisində 30 min avro cərimələndi


  • Formula-1
  • 15:07 06.06.2026
  • Oxunma sayı: 35
"Makklaren" Monako Qran-prisində 30 min avro cərimələndi

Formula 1-də çıxış edən "Makklaren" komandası Monako Qran-prisinin ikinci sərbəst yürüşü zamanı qayda pozuntusuna görə cərimə edilib.

90deqiqe.Az  xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) stüardları komandanı 30 min avro məbləğində cərimələyiblər. Bu məbləğin 10 min avrosu 12 ay müddətinə şərti olaraq tətbiq edilib.

Məlumata görə, cəriməyə səbəb Landо Norrisə məxsus boliddə CDS (muftanın söndürülmə sistemi) düyməsinin üzərinə şəffaf yapışqan lentin yapışdırılması olub. Komanda bu addımı aerodinamik məqsədlərlə atdığını etiraf edib.

FIA nümayəndələrinin bildirdiyinə görə, bu hərəkət sistemin əsas funksiyasını tamamilə sıradan çıxarıb. CDS sistemi fövqəladə hallarda marşallar tərəfindən qoruyucu əlcəklərlə sürətli aktivləşdirmə üçün nəzərdə tutulub.

Qeyd olunub ki, lentin sökülməsi və düymənin əl ilə aktivləşdirilməsi xüsusi alət olmadan mümkün olmayıb.

Stüardlar qərarında həmçinin bildiriblər ki, əvvəlki mərhələdə oxşar pozuntuya görə verilən cəza bütün komandalar üçün xəbərdarlıq xarakteri daşıdığı üçün bu dəfə cərimənin məbləği qismən azaldılıb.







Formula-1

"Özümə inamım azalıb"
  • Formula-1
  • 15:16 06.06.2026
"Özümə inamım azalıb"