- Formula-1
- 15:53 06.06.2026
Formula 1-də 2026-cı il mövsümünün altıncı mərhələsi olan Monako Qran-prisinin üçüncü sərbəst yürüşü başa çatıb.
90deqiqe.Az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni “Mersedes” komandasının pilotu, bu mövsümün lideri Andrea Kimi Antonelli göstərib.
İkinci yeri “Ferrari”nin monakolu sürücüsü Şarl Lekler tutub, ilk üçlüyü isə “Ferrari”nin yeddiqat dünya çempionu Lüis Həmilton tamamlayıb.
Antonelli sessiyanı 1:12.720 nəticə ilə başa vurub. Lekler liderdən 0.327 saniyə geri qalıb, Həmilton isə 0.331 saniyə fərqlə üçüncü yeri tutub.
“Mercedes”dən Corc Rassell dördüncü, “Red Bull” pilotu Maks Ferstappen isə beşinci olub. “McLaren”dən Oskar Piastri altıncı, Lando Norris isə doqquzuncu nəticə göstərib.
İlk onluğu “Audi” pilotları Qabriel Bortoleto və Niko Hülkenberq, eləcə də “Red Bull”un İsak Hacarı tamamlayıb.
Qeyd edək ki, sessiyada ümumilikdə 22 pilot mübarizə aparıb və bütün komandalar sıralama turu öncəsi son hazırlıqlarını tamamlayıblar.