7 iyun 2026. Bazar günü

Antonelli Monako Qran-prisinin sıralama turunun qalibi oldu


  • Formula-1
  • 21:34 06.06.2026
  • Oxunma sayı: 39
Antonelli Monako Qran-prisinin sıralama turunun qalibi oldu

"Formula-1" üzrə dünya çempionatının 2026-cı il mövsümündə altıncı mərhələ olan Monako Qran-prisinin sıralama turu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Monte-Karlo şəhər trasında keçirilən təsnifat mərhələsində "Mercedes" komandasının pilotu Andrea Kimi Antonelli ən yaxşı nəticə göstərərək poul mövqeyini qazanıb.

Çempionatın lideri olan italiyalı sürücü yarışa ilk sıradan başlayacaq. Onunla birlikdə ön cərgədə "Red Bull"un pilotu Maks Verstappen yer alacaq.

Sıralama turunda üçüncü nəticəni "Ferrari"nin sürücüsü, yeddiqat dünya çempionu Lyuis Hemilton göstərib. İlk beşlikdə həmçinin Şarl Lekler ("Ferrari") və İsak Hacar ("Red Bull") qərarlaşıblar.

Monako Qran-prisi. Sıralama turu:

  1. Andrea Kimi Antonelli ("Mercedes")
  2. Maks Verstappen ("Red Bull")
  3. Lyuis Hemilton ("Ferrari")
  4. Şarl Lekler ("Ferrari")
  5. İsak Hacar ("Red Bull")
  6. Corc Rassell ("Mercedes")
  7. Oskar Piastri ("McLaren")
  8. Lando Norris ("McLaren")
  9. Pyer Qasli ("Alpine")
  10. Liam Louson ("Racing Bulls")

Qeyd edək ki, "Aston Martin" komandasının hər iki pilotu - Fernando Alonso və Lens Stroll sıralama mərhələsinin ilk sessiyasında mübarizəni dayandırıblar.







Formula-1

"Özümə inamım azalıb"
  • Formula-1
  • 15:16 06.06.2026
"Özümə inamım azalıb"