- Formula-1
- 21:09 07.06.2026
“Formula-1” üzrə 2026-cı il mövsümünün 6-cı mərhələsi olan Monako Qran-prisi başa çatıb.
90deqiqe.Az xəbər verir ki, “Mercedes” komandasının pilotu Kimi Antonelli yarışın qalibi olub.
İkinci yeri “Ferrari”dən olan britaniyalı Luis Hemilton tutub, üçüncü pillədə isə “Red Bull” komandasının fransalı pilotu İsak Hadyar qərarlaşıb.
Yarışda dramatik hadisə də yaşanıb. Dördqat dünya çempionu Maks Verstappen start xəttində avtomobilinin dayanması səbəbindən mübarizəni erkən dayandırıb və yarışdan kənarlaşdırılıb. Monakolu Şarl Lekler isə “Ferrari” ilə yeni müqavilə imzaladıqdan sonra ilk yarışında bolidini divara çırparaq finişə çata bilməyib.
Hadisədən sonra trasda qırmızı bayraqlar qaldırılıb və yarış bir müddət dayandırılıb.
Çempionatın ümumi sıralamasında Kimi Antonelli 156 xalla liderliyini davam etdirir. Lüis Hemilton 90 xalla ikinci, “Mercedes” pilotu Corc Rassel isə 88 xalla üçüncü pillədə qərarlaşıb