- Formula-1
- 22:55 12.06.2026
Beynəlxalq Avtomobil Federasiyası “Alpin” komandasının Monako Qran-prisində verilən cəzaların yenidən nəzərdən keçirilməsi ilə bağlı müraciətinə dair ilk iclas keçirəcək.
90deqiqe.Az-ın məlumata görə, dinləmə 12 iyun Bakı vaxtı ilə saat 15:00-da Barselona Qran-prisinin media günü çərçivəsində baş tutacaq.
İlk mərhələdə federasiya yeni, əvvəlki araşdırma zamanı stüardların sərəncamında olmayan mühüm və əhəmiyyətli bir elementin mövcudluğunu nəzərdən keçirəcək.
Əgər həmin element işin yenidən baxılması üçün yetərli hesab olunarsa, ikinci iclas keçiriləcək və burada əvvəlki qərarın dəyişdirilməsi məsələsinə baxılacaq.
Xatırladaq ki, Monako Qran-prisindən sonra “Alpin” komandası pit-leyn sürət həddinin aşılmasına görə verilən cəzaların yenidən araşdırılması üçün müraciət etmişdi. Həmin cəzalar nəticəsində Pyer Qasli podiumdan məhrum olmuş və yekun sıralamada yeddinci yerə düşmüşdü.