- Formula-1
- 23:27 11.06.2026
“Ferrari” komandasının pilotu Şarl Lekler Monako yarış həftəsonu zamanı əyləc sistemi ilə bağlı səsləndirdiyi tənqidi fikirlərdən sonra “Brembo” şirkətinin yaydığı açıqlamaya münasibət bildirməkdən imtina edib.
90deqiqe.Az xəbər verir ki, əyləc sistemləri istehsalçısı olan şirkət monakolu sürücünün açıqlamalarından təəccübləndiyini bəyan edib. Şirkətdən bildirilib ki, bütün mövcud məlumatlar təhlil edilmədən yekun texniki nəticələr çıxarmaq tezdir.
Şarl Lekler təsdiqləyib ki, Barselona-Katalunya Qran-prisində komanda yoldaşı Lüis Hemiltonun istifadə etdiyi “Carbon Industrie” əyləc disklərinə keçəcək.
Bununla yanaşı, jurnalistlərin “Brembo”nun onun son açıqlamalarına reaksiyası ilə bağlı sualını cavablandıran Lekler mövzuya dair təfərrüata varmaq istəməyib.