12 iyun 2026. Cümə

Pyer Qasli Monakoda podiumu itirməsinə münasibət bildirdi


  • Formula-1
  • 23:27 11.06.2026
  • Oxunma sayı: 30
Pyer Qasli Monakoda podiumu itirməsinə münasibət bildirdi

“Alpin” komandasının pilotu Pyer Qasli Monako Qran-prisində podiumu əldən verməsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Motorsport" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Dinləmələr başa çatmadan və komandamız FIA ilə müzakirələri yekunlaşdırmadan bu barədə çox danışmaq istəmirəm. Düşünürəm ki, komanda yeni sübutlar təqdim etmək üçün əlindən gələni edib və bu istiqamətdə böyük iş görülüb.

Komanda üzvləri və hüquqşünaslarla məsələ ətrafında çoxsaylı müzakirələr aparmışıq. Baş verənləri və ümumilikdə vəziyyəti hələ də diqqətlə araşdırıram. Eyni zamanda qarşıda yeni yarışın olması sevindiricidir. Mən artıq bu hadisəni qəbul etməyə çalışmışam və buraya tam gücümlə gəlib yaxşı nəticə göstərmək istəyirəm”, – deyə Qasli bildirib.

Qeyd edək ki, sürət həddini aşdığı üçün pit-zolaqda aldığı iki beşsaniyəlik cəza nəticəsində fransalı pilot üçüncü yerdən yeddinci pilləyə geriləyib. “Alpin” komandası tətbiq olunan cəzaların yenidən nəzərdən keçirilməsi üçün müraciət edib. FIA stüardları müraciəti qəbul edərək baxılmasına qərar veriblər. Komanda yeni sübut kimi Formula rəhbərliyinin məlumatlarını təqdim edib.

Həmin məlumatlarda pit-zolaqda sürətin ölçülməsi sistemində texniki səhv olduğu bildirilir. Məlumata görə, məsafəni ölçən sistem qeyri-dəqiq işləyib və Qaslinin bolidinin sürətini olduğundan yüksək göstərib.







Formula-1

"Özümə inamım azalıb"
  • Formula-1
  • 15:16 06.06.2026
"Özümə inamım azalıb"