13 iyun 2026. Şənbə

Norris Barselonada ikinci sərbəst yürüşün qalibi oldu


  • Formula-1
  • 22:55 12.06.2026
  • Oxunma sayı: 45
Norris Barselonada ikinci sərbəst yürüşün qalibi oldu

İspaniyada keçirilən Formula-1 üzrə 2026-cı il mövsümünün yeddinci mərhələsi olan Barselona-Kataloniya Böyük Mükafatında ikinci sərbəst yürüş baş tutub.

90deqiqe.Az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni son dünya çempionu, "Maklaren" komandasının pilotu Lando Norris göstərib.

İkinci yeri "Mersedes" sürücüsü Corc Rassell tutub. İlk üçlüyü isə digər "Maklaren" pilotu Oskar Piastri tamamlayıb.

Formula-1. Barselona-Kataloniya Böyük Mükafatı. İkinci sərbəst yürüş

  1. Lando Norris ("Maklaren") – 1:15.426
  2. Corc Rassell ("Mersedes") +0.009
  3. Oskar Piastri ("Maklaren") +0.057
  4. Şarl Lekler ("Ferrari") +0.373
  5. Andrea Kimi Antonelli ("Mersedes") +0.589
  6. Maks Verstappen ("Red Bull") +0.895
  7. Arvid Lindblad ("Reysinq Bullz") +0.985
  8. Qabriel Bortoleto ("Audi") +1.185
  9. Lüis Hemilton ("Ferrari") +1.205
  10. İzak Hacar ("Red Bull") +1.248
  11. Niko Hülkenberq ("Audi") +1.508
  12. Oliver Berman ("Haas") +1.519
  13. Liam Louson ("Reysinq Bullz") +1.541
  14. Karlos Sayns ("Uilyams") +1.594
  15. Franko Kolapinto ("Alpin") +1.625
  16. Pyer Qasli ("Alpin") +1.834
  17. Esteban Okon ("Haas") +2.112
  18. Valtteri Bottas ("Kadillak") +2.799
  19. Aleks Albon ("Uilyams") +3.364
  20. Serxio Peres ("Kadillak") +3.835
  21. Fernando Alonso ("Aston Martin") +3.860
  22. Lens Stroll ("Aston Martin") +4.033.






Formula-1