14 iyun 2026. Bazar günü

Hemilton Barselonada mövsümün yeddinci yarışının qalibi oldu


  • Formula-1
  • 20:49 14.06.2026
  • Oxunma sayı: 36
Hemilton Barselonada mövsümün yeddinci yarışının qalibi oldu

Bu gün, iyunun 14-də Barselona-Kataloniya avtodromunda Formula-1 üzrə 2026-cı il mövsümünün yeddinci mərhələsinin yarışı baş tutub.

90deqiqe.Az xəbər verir ki, yarışın qalibi "Ferrari" komandasının 41 yaşlı pilotu Lyuis Hemilton olub. İkinci yeri "Mercedes"in sürücüsü Corc Rassell tutub. İlk üçlüyü isə "Maklaren"in pilotu Lando Norris tamamlayıb.

Qeyd edək ki, finişə bir neçə dövrə qalmış həmin vaxt ikinci pillədə qərarlaşan "Mercedes"in italiyalı sürücüsü Andrea Kimi Antonelli texniki problem səbəbindən yarışı dayandırıb.

Formula-1. Barselona-Kataloniya Qran-prisi
Yarışın nəticələri:

  1. Lyuis Hemilton ("Ferrari") — 66 dövrə
  2. Corc Rassell ("Mercedes") — +19.561 saniyə
  3. Lando Norris ("Maklaren") — +23.719 saniyə
  4. Maks Ferstappen ("Red Bull") — +40.497 saniyə
  5. Oskar Piastri ("Maklaren") — +58.661 saniyə
  6. İsak Hacar ("Red Bull") — +1 dövrə
  7. Pyer Qasli ("Alpin") — +1 dövrə
  8. Franko Kolapinto ("Alpin") — +1 dövrə
  9. Liam Louson ("Reysinq Bulls") — +1 dövrə
  10. Arvid Lindblad ("Reysinq Bulls") — +1 dövrə
  11. Qabriel Bortoletu ("Audi") — +2 dövrə
  12. Karlos Sayns ("Uilyams") — +2 dövrə
  13. Esteban Okon ("Haas") — +2 dövrə
  14. Serxio Peres ("Kadillak") — +3 dövrə
  15. Aleks Albon ("Uilyams") — +11 dövrə

Yarışı başa vura bilməyən pilotlar:

  1. Şarl Lekler ("Ferrari")
  2. Oliver Berman ("Haas")
  3. Andrea Kimi Antonelli ("Mercedes")
  4. Fernando Alonso ("Aston Martin")
  5. Niko Hülkenberq ("Audi")
  6. Valtteri Bottas ("Kadillak")
  7. Lens Stroll ("Aston Martin").






Formula-1