15 iyun 2026. Bazar ertəsi

"Ferrari"nin heyətində qələbə qazanmağı həmişə xəyal edirdim"


  • Formula-1
  • 21:53 14.06.2026
  • Oxunma sayı: 33
"Ferrari"nin heyətində qələbə qazanmağı həmişə xəyal edirdim"

"Ferrari" komandasının pilotu Lyuis Hemilton Barselona-Kataloniya Qran-prisində qazandığı qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, 41 yaşlı britaniyalı yarışdan sonra verdiyi müsahibədə bildirib.

"Komandamızın bütün üzvlərinə - həm burada bizimlə olanlara, həm də bazada çalışanlara dərin təşəkkürümü bildirirəm. Mənə inandığı və məni bu komandaya gətirdiyi üçün Fredə də xüsusi minnətdaram. Keçən il bu arzu əlçatmaz görünürdü. Lakin biz heç vaxt təslim olmadıq, komanda daim mənə dəstək verdi və irəliyə aparmağa çalışdı.

Çox şeyi dəyişdik, böyük inkişaf yolu keçdik. Bundan başqa, hər bir idmançının arzulaya biləcəyi ən möhtəşəm azarkeş dəstəyinə sahibəm. Hamınıza təşəkkür edirəm.

Hər qələbənin öz özəlliyi var, amma bu qələbə tamamilə fərqlidir. Mən dəfələrlə "Ferrari"nin heyətində yarış qazanmağın necə hiss olduğunu təsəvvür etmişdim. Bu gün həmin arzu gerçəkləşdi. Ümid edirəm ki, qarşıda bizi daha çox qələbələr gözləyir"







Formula-1