15 iyun 2026. Bazar ertəsi

"Mövsümün sonunadək qüsursuz çıxış etməliyəm"


  • Formula-1
  • 22:00 14.06.2026
  • Oxunma sayı: 50
"Mövsümün sonunadək qüsursuz çıxış etməliyəm"

"Ferrari" komandasının pilotu Şarl Lekler komanda yoldaşı Luis Hemiltonun qələbə qazandığı Barselona-Kataloniya Qran-prisində yarışı vaxtından əvvəl başa vurmasını şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Formula Passion" pilotçunun dediklərini belə çatdırıb.

"Hemilton, Vasser və bütün komanda adına çox sevinirəm. Ancaq özüm məyus halda evə qayıdıram, çünki çox vacib xallar itirdim. Mövsümün sonunadək qüsursuz çıxış etməliyəm.

Yeniliklər öz təsirini göstərir. İndi mənim vəzifəm Hemiltonla birlikdə ön sıralarda mübarizə aparmaqdır. Bu gün əsas problemim yarışa 10-cu pillədən başlamağım oldu və buna görə yalnız özümü günahlandıra bilərəm.

Bu tras gətirdiyimiz yeniliklərin üstünlüyünü daha da qabartdı. Xüsusilə təkərlərin idarə olunması sahəsində ciddi irəliləyiş əldə etmişik. Bu trasda və belə yüksək temperatur şəraitində isə məhz bu amil həlledici rol oynayır", - deyə Lekler bildirib.







Formula-1