15 iyun 2026. Bazar ertəsi

“Ümid edirəm ki, tezliklə qələbə mənim olacaq”


  • Formula-1
  • 22:20 14.06.2026
  • Oxunma sayı: 41
“Ümid edirəm ki, tezliklə qələbə mənim olacaq”

"Maklaren" komandasının pilotu Lando Norris Barselona-Kataloniya Qran-prisini üçüncü pillədə başa vurduqdan sonra yarışın nəticələrini şərh edib.

90deqiqe.Az xəbər verir ki, o, qalib Luis Hemiltonu təbrik edərək belə deyib:

"Luisı təbrik edirəm — səni podiumun ən yüksək pilləsində görmək xoşdur, sənin üçün çox sevinirəm.

Bizim üçün çətin yarış oldu. Liderlərə çatmaq üçün əlimdən gələni etdim, lakin onlar bizim üçün çox sürətli idilər. Son dövrlərdə Antonellinin yarışı tərk etməsi bizə müəyyən qədər kömək etdi, amma buna baxmayaraq komandamızın nəticəsindən və podiuma qayıtmağımdan məmnunam.

Bu gün bizim üçün yaxşı keçdi. Komanda olaraq yaxşı işlədik və irəliləyiş əldə etdik, amma rəqiblər bizdən daha yaxşı çıxış etdilər. Onlara hörmətlə yanaşmaq və üzərimizdə işləməyə davam etmək lazımdır.

Biz inkişaf etməyə və hücum etməyə davam edəcəyik. Ümid edirəm ki, tezliklə qələbə qazanacağam", - deyə Norris bildirib.







Formula-1