- Formula-1
- 23:14 14.06.2026
"Mercedes" komandasının pilotu Corc Rassell Barselona-Kataloniya Qran-prisini ikinci pillədə başa vurduqdan sonra yarışın nəticələrini şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" pilotçunun dediklərini belə çatdırıb.
“Luisi təbrik edirəm. Onun nə qədər böyük əzmlə çalışdığını bilirəm. Biz uzun illər ‘Mercedes’də birlikdə çıxış etmişik və uşaqlığımdan tanıdığım o Lyuisı yenidən görmək məni sevindirir.
Bizim üçün çətin gün oldu. Podiuma qayıtmaq xoşdur, mənim yarışım təmiz keçdi, lakin ‘Ferrari’ çox güclü idi və biz daim hücumda qalmağa məcbur idik.
Cümə və şənbə günləri özümü inamlı hiss edirdim, amma bu gün daha çətin oldu. Yarışın ilk hissəsində vəziyyətə nəzarət edirdim, lakin son iki hissə daha ağır keçdi.
Dünən ‘Ferrari’nin tempi bizi təəccübləndirdi, bu gün isə Lyuisin sürəti sadəcə inanılmaz idi”, - deyə Rassell bildirib.
Qeyd edək ki, yarışın qalibi "Ferrari"nin 41 yaşlı sürücüsü Luis Hemilton olub.