15 iyun 2026. Bazar ertəsi

“İkinci yeri itirmək çox məyusedicidir”


  • Formula-1
  • 23:14 14.06.2026
  • Oxunma sayı: 32
“İkinci yeri itirmək çox məyusedicidir”

“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli Barselona-Kataloniya Qran-prisində ikinci pillədə olarkən yarışı tərk etməsini şərh edib və mərhələnin qalibi “Ferrari”nin sürücüsü Luis Hemiltonu təbrik edib.

90deqiqe.Az xəbər verir ki, italyan pilotçu bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“İkinci yerdən yarışı dayandırmaq çox məyusedicidir, amma yarışlarda belə hallar olur. Corcun Kanadada problemi olmuşdu, indi isə mənim başıma gəldi. Biz bilirik ki, etibarlılıq üzərində işləməliyik və əminəm ki, komanda bu sahəni yaxşılaşdırmaq üçün böyük səy göstərəcək. Vacib xalları itirdik, amma unutmaq olmaz ki, bu yeni reqlamentin ilk ilidir və hamımız sürətlə öyrənirik.

Luis Hemiltonu qələbə münasibətilə təbrik edirəm. O, çox güclü pilotdur və karyeramda mənə böyük dəstək göstərib. Onu yenidən zirvədə görmək xoşdur, buna layiqdir. Düşünürəm ki, qələbə uğrunda mübarizə aparmaq üçün tempimiz var idi, lakin virtual təhlükəsizlik avtomobili bizim üçün əlverişsiz anda meydana çıxdı və hər şeyin necə bitəcəyini görə bilmədik.

Avstriyaya qayıdışdan əvvəl bir həftəlik fasiləmiz var. Bu həftəsonu rəqiblərimizin irəliləyiş etdiyini gördük, yenidən qələbə uğrunda mübarizə aparmaq istəyiriksə, biz də sürətimizi artırmalıyıq”, - deyə Antonelli bildirib.







Formula-1