16 iyun 2026. Çərşənbə axşamı

Lando Norris əfsanəvi festivalda iştirak edəcək


  • Formula-1
  • 21:56 16.06.2026
  • Oxunma sayı: 44
Lando Norris əfsanəvi festivalda iştirak edəcək

Formula-1 üzrə son dünya çempionu, “Maklaren” komandasının pilotu Lando Norris məşhur Qudvud Sürət Festivalında iştirak edəcəyini təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilotçu bu qərarını 2026-cı il mövsümünün yeddinci mərhələsi olan Barselona-Kataloniya Qran-prisində üçüncü yeri tutaraq fəxri kürsüyə yüksəlməsindən bir gün sonra açıqlayıb.

Onun festivaldakı iştirakı son üç ildə ikinci dəfə olacaq ki, Formula-1 üzrə qüvvədə olan dünya çempionu bu tədbirə qatılır. Daha əvvəl, 2024-cü ildə “Red Bull” komandasının pilotu Maks Ferstappen də Qudvud Sürət Festivalının qonaqları sırasında yer almışdı.

Motosiklet idmanı üzrə əfsanəvi dünya çempionu Valentino Rossi də gələn ay Qudvudda olacaq. O, 2015-ci ildən sonra ilk dəfə bu festivala qatılacaq.







Formula-1