- Formula-1
- 23:59 16.06.2026
“Uilyams” komandasının pilotu Karlos Sayns Barselona-Kataloniya Qran-prisindən sonra komandasının 2026-cı il mövsümündə rəqiblərindən geri qalması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə,ispaniyalı pilotçu bildirib ki, Barselonadakı yarışın çətin keçəcəyini əvvəlcədən gözləyirdilər, lakin vəziyyət düşündüklərindən daha ciddi olub:
“Real yanaşsaq, Barselonada çətinlik yaşayacağımızı bilirdik. Ancaq geriyə baxanda görürük ki, orta və yüksək sürətli döngələrdə rəqiblərdən nə qədər geri qaldığımız bizim üçün daha böyük sürpriz oldu. Bunun bir hissəsi bolidin çəkisi ilə bağlıdır, lakin əsas səbəb avtomobilin kifayət qədər aerodinamik basqı qüvvəsinə malik olmamasıdır.
Bu, bizim üçün çox ciddi problemdir. Bunu nə şok, nə də reallığa dönüş adlandırardım, çünki vəziyyətdən xəbərdar idik. Sadəcə bir daha anladıq ki, olmalı olduğumuz səviyyədən, planlaşdırdığımız və çatmaq istədiyimiz nöqtədən çox uzaqdayıq.
Düşünürəm ki, artıq inkişaf işlərinə yenidən qayıtmağın vaxtıdır. Bolidə daha çox yenilik gətirməliyik. Çünki orta sürətli traslarda rəqiblərdən ciddi şəkildə geri qalırıq”.
İspaniyalı pilotun sözlərinə görə, komandanın əsas məqsədi mövsümün növbəti mərhələlərində texniki yeniliklər hesabına geriliyi aradan qaldırmaqdır.