18 iyun 2026. Cümə axşamı

"Düzünü desəm, çempionluq haqqında heç düşünmürəm"


  • Formula-1
  • 23:33 17.06.2026
  • Oxunma sayı: 43
"Düzünü desəm, çempionluq haqqında heç düşünmürəm"

“Mercedes” komandasının pilotu Corc Rassell yarışlardan sonra çıxışını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, britaniyalı sürücü ümumi sıralamaya fokuslanmadığını və yalnız öz nəticələrini yaxşılaşdırmağa çalışdığını bildirib.

“Düzünü desəm, çempionat barədə ümumiyyətlə düşünmürəm. Yalnız nəyi idarə edə bilirəmsə, ona fokuslanıram. Cümə və şənbə günləri hər dövrədə maksimum nəticə göstərdiyimi düşünürdüm.

Startım yaxşı oldu, ilk stint də uğurlu keçdi. Amma sərt təkərlərdə son iki hissə kifayət qədər güclü olmadı. Buna görə də bu yarışdan sonra əsas nəticə odur ki, sürətim yetərli deyildi və daha da yaxşılaşmalıyam”

Pilot əlavə edib ki, Barselona trasında təkərlərin aşınması bu mövsüm ilk dəfə ciddi problem yaradıb:

“Qalib üç pit-stop strategiyasından istifadə etdi. Əvvəlki altı yarış isə bir pit-stopla rahat həll olunurdu. Bu dəfə tam fərqli vəziyyət idi. Avstriya mərhələsindən əvvəl hər şeyi analiz edəcəyik. Amma əsas odur ki, öz nəzarət edə bildiyim şeylərə fokuslanmağa davam edəcəyəm”.

Qeyd edək ki, Rassell mövsümün növbəti yarışında nəticələri yaxşılaşdırmağa çalışacaq.







Formula-1