18 iyun 2026. Cümə axşamı

“Mercedes” Verstappenə təklif göndərdi, lakin rədd cavabı aldı"


  • Formula-1
  • 23:37 17.06.2026
  • Oxunma sayı: 57
“Mercedes” Verstappenə təklif göndərdi, lakin rədd cavabı aldı"

Keçmiş Formula 1 pilotu Ralf Şumaxer “Mercedes”in dördqat dünya çempionu Maks Verstappenlə bağlı addımı barədə açıqlama verib.

90deqiqe.Az-ın “Backstage Boxengasse"yə istinadən məlumatına görə, sabiq sürücünün sözlərinə görə, komanda niderlandlı pilotla bağlı gizli təklif irəli sürsə də, razılıq əldə olunmayıb.

“Ferrari"də hazırda boş yer yoxdur. “Mercedes”də isə Volffun Verstappenə pərdəarxası təklif etdiyi deyilir. Lakin bu təklif maliyyə baxımından o qədər də cəlbedici deyildi və buna görə də qəbul olunmadı”

O əlavə edib ki, belə bir transfer planı həm də komanda daxilində balansı poza bilər:

“Düşünürəm ki, bu, qəsdən edilir. Daha əvvəl də demişdim: Volff niyə Maks Verstappeni və gələcək ulduz kimi görülən Kimi Antonellini eyni komandaya gətirməlidir? Bu, iki güclü pilotun bir-biri ilə mübarizə aparması deməkdir. O, Rosberq və Həmilton dövrünü yaxşı xatırlayır və belə vəziyyəti istəməz. Ən əsası, bu, Antonellinin inkişafını riskə atar. Buna görə də bu planın məntiqli olduğunu düşünmürəm”







Formula-1