18 iyun 2026. Cümə axşamı

Verstappen “Red Bull”da qalmaq istəyir


  • Formula-1
  • 23:40 17.06.2026
  • Oxunma sayı: 42
Verstappen “Red Bull”da qalmaq istəyir

Dördqat dünya çempionu Maks Verstappenin meneceri Raymond Vermeulen pilotun gələcək karyerası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın “Sport Bild”ə istinadən məlumatına görə, menecer niderlandlı pilotun “Red Bull” ilə əməkdaşlığının davam etməsini istədiklərini vurğulayıb.

“Biz istəyirik ki, qərar mümkün qədər tez verilsin və hər kəs vəziyyəti aydın bilsin. Bu qərar hətta yay fasiləsindən əvvəl də qəbul oluna bilər. Bizim 2028-ci ilə qədər müqaviləmiz var. Əlbəttə, müqavilədə vaxtından əvvəl ayrılma bəndləri mövcuddur, amma biz onlardan heç vaxt istifadə etməmişik. Həmişə loyallıq göstərmişik və bunu davam etdirəcəyik”

O əlavə edib ki, tərəflər “Red Bull”la birlikdə yoluna davam etmək niyyətindədir:

“Biz bu yolu davam etdirmək istəyirik və Maksın karyerasını burada başa vurmasını arzulayırıq. Amma bu, yalnız onun qələbə qazanmaq imkanı olduğu halda mümkündür”, - deyə menecer qeyd edib.







Formula-1