19 iyun 2026. Cümə

“Mercedes” Corc Rasselllə bağlı şikayətini geri götürdü


  • Formula-1
  • 23:56 18.06.2026
  • Oxunma sayı: 37
“Mercedes” Corc Rasselllə bağlı şikayətini geri götürdü

“Mercedes” komandası pilot Corc Rasselllə bağlı stüardların qərarının yenidən nəzərdən keçirilməsi üçün verdiyi müraciəti geri çəkib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Luk Smit “X” sosial şəbəkəsində məlumat yayıb.

Almaniya təmsilçisi Monako Qran-prisi zamanı britaniyalı pilotun aldığı iki cəza ilə bağlı rəsmi şikayət təqdim etmişdi. Lakin sonradan müraciətin geri götürülməsinin səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Rassell əvvəlcə pit-leyndə sürət həddini aşdığı üçün 5 saniyəlik cəza almışdı. Qaydalara əsasən, pilot bu cəzanı növbəti pit-stopda cəkməli və ya yarışın sonuna qədər pitə girmədən finiş etməli idi. Lakin təhlükəsizlik maşınının trasda olduğu mərhələdə Rassell pitə daxil olub və komanda xidməti normal şəkildə yerinə yetirib. Bu isə qayda pozuntusu kimi qiymətləndirilib və nəticədə pilot pit-leyndən keçmə cəzası alıb.







Formula-1