19 iyun 2026. Cümə

“Red Bull” liderini saxlamaq üçün yeni yol axtarır


  • Formula-1
  • 23:58 18.06.2026
  • Oxunma sayı: 30
“Red Bull” liderini saxlamaq üçün yeni yol axtarır

“Red Bull” komandası dördqat dünya çempionu Maks Verstappenin sistemdə qalması üçün qeyri-standart addım üzərində düşünür.

 90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu jurnalist Co Seyvud “Business of Motorsport” xəbər bülletenində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Formula 1 paddokunda niderlandlı pilotun “Racing Bulls” komandasının nəzarət paketinə sahib ola bilməsi ehtimalı müzakirə olunur. Bu ssenari xüsusilə bir sahibin eyni anda bir neçə komandaya sahib olmasına mümkün məhdudiyyətlərin tətbiqi ilə bağlı müzakirələr fonunda gündəmə gəlib.

Bundan əvvəl FIA prezidenti Məhəmməd bin Süleym federasiyanın bu məsələni araşdırdığını bildirmişdi.

Jurnalist qeyd edib ki, bu variantın reallaşma ehtimalı aşağı qiymətləndirilir, lakin belə iddiaların ortaya çıxması “Red Bull”un liderini komandada saxlamaq üçün müxtəlif yolları nəzərdən keçirdiyini göstərir.

Seyvudun fikrincə, Verstappenin ən azı 2027-ci ilin sonuna qədər “Red Bull”da qalması gözlənilir, baxmayaraq ki, müqaviləsində erkən ayrılıq bəndləri ilə bağlı müzakirələr davam edir.







Formula-1