21 iyun 2026. Bazar günü

"Bir gün Dakarı qazanmaq istəyirəm"


  • Formula-1
  • 22:46 20.06.2026
  • Oxunma sayı: 37
"Bir gün Dakarı qazanmaq istəyirəm"

İkiqat dünya çempionu, 44 yaşlı ispaniyalı pilot Fernando Alonso gələcəkdə digər avtomobil yarışı seriyalarında iştirak ehtimalını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli sürücü bu barədə açıqlamasında danışıb.

"Formula-1" karyeram başa çatdıqdan sonra "İndi-500" yarışında iştirak etmək barədə hazırda düşünmürəm. Hiperkarlarla bağlı isə hələlik dəqiq fikir bildirə bilmərəm.

Mən böyük məmnuniyyətlə yenidən Dakar rallisində iştirak edərdim və bir gün onu qazanmaq istərdim. Bu, ilk növbədə, mənim üçün maraqlı çağırışdır. Üçqat tac da çox cəlbedicidir. Əgər Formula-1-də, dözümlülük yarışlarında və rallidə qalib gəlməyi bacarsaydım, bu, avtomobil idmanı tarixində misli görünməmiş nailiyyət olardı. Məhz buna görə bu çağırış məni cəlb edir.

"Le-Manın 24 saatı" yarışında artıq iştirak etmişəm və bu, möhtəşəm təcrübə olub. Kim bilir, bəlkə gələcəkdə yenidən həmin yarışa qatıldım. Xüsusilə də bir gün Maks Verstappen mənə qoşularsa", - deyə Alonso bildirib.







Formula-1