21 iyun 2026. Bazar günü

Bedzekki Çexiya Qran-prisindən uzaqlaşdırıldı


  • Formula-1
  • 23:52 20.06.2026
  • Oxunma sayı: 40
Bedzekki Çexiya Qran-prisindən uzaqlaşdırıldı

"MotoGP" üzrə dünya çempionatının lideri Marko Bedzekki Çexiyada keçirilən Qran-pri çərçivəsində baş verən insidentdən sonra yarışdan kənarlaşdırılıb.

90deqiqe.Az xəbər verir ki, hadisə sprint yarışında baş verib.

Rəsmi qərara əsasən, 20 iyun 2026-cı il tarixində, saat 16:07:41-də sprint yarış zamanı yıxılan Bedzekki tras marşallarına qarşı fiziki hərəkət edib. Marşallar onun motosikletini trasdan çıxarmağa çalışarkən idmançı tərəfindən itələnib və zərbə alıb.

Qərarda qeyd olunub ki, bu cür davranış idmanın nüfuzuna zərər vurur və həmin səbəbdən MotoGP üzrə FİM Stevards Kollegiyası onu Çexiya Qran-prisindən kənarlaşdırıb.

Bedzekkiyə qərardan apellyasiya şikayəti vermək hüququ tanınıb. Qaydalara əsasən, müraciət qərarın qəbulundan sonra 60 dəqiqə ərzində təqdim edilməli və 1320 avro məbləğində təminat ödənişi ilə müşayiət olunmalıdır.

Məlumatlara görə, “Aprilia” komandasının rəhbərliyi artıq sənədlərlə birlikdə stevardların ofisinə yollanıb.







Formula-1